Yeni alınan təyyarəyə “Günnüt” adı verildi - VİDEO

4. 054

Bu gün Azərbaycana gətirilən  “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı aviaşirkət  yayıb.

Yeni təyyarə aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.

“Buta Airways”in yeni təyyarəsi Şərur rayonunun bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə “Günnüt” adlandırılıb. Vurğulayaq ki, dünya təcrübəsində təyyarələrə adətən böyük şəhərlərin və şəxsiyyətlərin adı verilir. İlk dəfə olaraq Azərbaycanda yeni alınan təyyarəyə kənd adı verilib.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Hava Limnında yeni təyyarənin qarşılanma mərasimi olub.  Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun da iştirak etdiyi qarşılama mərasiminin xüsusi qonağı isə işğaldan azad olunan Günnüt kəndinin sakini Nəsib Novruzov olub.

Tədbirdə bu münasibətlə hazırlanan qısa videoçarx da təqdim edilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun bu ilin əvvəlində apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Şərur rayonunun 1992-ci ildən işğalda olan Günnüt kəndi ilə bərabər ümumilikdə 11 min hektar ərazi Ermənistanın işğalından azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: