Yaponiyada atom bombardmanı zamanı salamat qalmış pianino haqqında film çəkiləcək

81

Yapon kinorejissor Toşihiro Qoto 1945-ci ildə Hiroşima şəhərinin atom bombardmanı zamanı salamat qalmış pianino haqqında film çəkmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, rejissor bu layihə barədə dekabrın 25-də Hiroşimada keçirilən mərasimdə məlumat verib.

Filmin əsas qəhrəmanı kimi atom bombardmanı zamanı salamat qalanların oğlu, hiroşimalı pianino kökləyicisi Mitsunori Yaqava götürüləcək. O, bombardman vaxtı salamat qalan pianinonu bərpa edərək, bu musiqi aləti ilə bütün ölkə ərazisində konsertlər təşkil edib.

Musiqi aləti ustası ilə Tokio Universitetindən olan tələbə qız arasındakı məhəbbət tarixçəsi filmin əsas ideyası olan sülh uğrunda mübarizəni əks etdirəcək.

Filmin 2020-ci ildə, atom bombardmanının 75-ci ildönümündə ekranlara çıxacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: