Yəmən qəzetlərində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub

91

Yəməndə geniş oxucu kütləsinə malik olan “Kamailpress.wordpress”, “Alkamlonlain”, “Alshahedpress”, “Samalakhbaria” qəzetlərində Misirdəki səfirliyimizin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə deyilir ki, müəllif Azərbaycan xalqının və dövlətinin formalaşması tarixini araşdırıb, milli ideyanın formalaşmasının mərhələlərini aydın təsəvvür etmək, dərindən anlamaq üçün ilk dəfə olaraq antropoloji tədqiqat metoduna üstünlük verib. Vurğulanır ki, kitabda Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri araşdırılır, XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli eyniliyinin məhvinə cəhdlərin olduğu vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri öyrənilir.

E.Rəhimov kitabında ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə fəaliyyətinə işıq salır və milli ideyaların reallaşmasında bu dahi şəxsiyyətin tarixi rolunu xatırladır.

Məqalənin sonunda qeyd olunur ki, bu tədqiqat əsəri tarixçilər, sosioloqlar, politoloqlar, eləcə də humanitar elmlər sahəsində son yenilikləri izləyən insanlar, sosial inkişaf nəzəriyyələri ilə maraqlananlar üçün dəyərli mənbədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: