Xurmanın bilmədiyimiz  faydaları

105

Quranda dəfələrlə adı çəkilən, Ramazan ayının rəmzi olan xurmanın faydalı xüsusiyyətləri olduqca çoxdur.

Xurma bütün orqanizmə müsbət təsir edir, insana güc verir, əhvalını yaxşılaşdırır, orqanizmin tonusunu qaldırır.

NUHÇIXAN xurmanın faydası ilə bağlı bəzi az bilinən faktları təqdim edir.

-Gün ərzində böyüklər 5-7, uşaqlar isə 1-2 iri xurma yeyə bilər. Bundan artıq yox.

-Bəzi insanlar xurmanı yedikdən əvvəl onun qabığını soyur. Bu səhvdir. Xurmanın qabığında bir çox faydalı maddələr var.

-Şərq təbabətində xurmanın tumu müalicəvi vasitə kimi istifadə olunurdu. Tumu qaynadıb böyrək xəstəliklərindən əziyyət çəkənlərə verirdilər. Həmçinin xurma tumunu üyüdüb xora və yaraların üzərinə səpirdilər ki, yaralar iltihablaşmasın və tez bağlansın.

-Xurma ürək üçün ən faydalı məhsullardan biri sayılır.

– Xurma xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: