“Xiaomi” şirkəti gənclər üçün “Mi Play” smartfonunu təqdim edib

145

Gözlənildiyi kimi, “Xiaomi” şirkəti bu gün Çində “Xiaomi Mi Play” adlı smartfonunu təqdim edib.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Full HD” (2280×1080 piksel) formatında tərəflər nisbəti 19:9 olan 5,84 düymlük ekran, 8 meqapiksellik ön və 12 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilib. Arxa paneldə barmaq izləri skaneri quraşdırılıb.

Bundan başqa, sözügedən aparat 2,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 4 QB əməli və 64 QB daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Smartfon “MIUI 10” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğunun ölçüsü 147,76×71,89×7,8 mm, çəkisi isə 150 qr-dır. 2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS + QLONASS” texnologiyaları dəstəklənir.

“Xiaomi Mi Play” aparatı qara, göy və qızılı-çəhrayı qradiyent rənglərdə 159 dollara təklif edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: