Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb

133

İngilis elm adamları xərçəng xəstəliyinin üçölçülü virtual reallıq modelini hazırlayıblar.

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniyanın Kembric Xərçəng Tədqiqatları İnstitutunda beynəlxalq araşdırma çərçivəsində hazırlanan model vasitəsilə xəstədən alınan şiş nümunəsi ətraflı şəkildə araşdırılacaq və hər bir hüceyrənin xəritəsini çıxartmaq mümkün olacaq. Belə ki, model vasitəsilə şiş nümunələri genişləndiriləcək və hüceyrələr ətraflı öyrənilə biləcək.

Modelin xərçəng haqqında daha çox məlumat əldə etməyə və yeni müalicə üsullarının araşdırılmasına kömək edəcəyi deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: