Xəzəryanı ölkələr nəqliyyat barədə sazişin mətnini razılaşdırıblar

54

Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan olan ekspertlər nəqliyyat sahəsində əməkdaşlığa dair sazişin mətnini razılaşdırıblar.

NUHÇIXAN xəbər verir ki, Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Viktor Olerski bunu Türkmənbaşı şəhərində keçirilən “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” adlı forumda bildirib.

V.Olerskinin sözlərinə görə, 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti dövründə bu Sazişin imzalanma üçün təqdim edilməsi nəzərdə tutulur. Olerski xatırladıb ki, belə biz sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təklif edib. Nazir müavini deyib: “Rusiya Federasiyasının rəhbərliyi əsl vaxtında irəli sürülmüş bu təklifi tamamilə dəstəkləyib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: