“Wikipedia”da Şuşa haqqında özbək dilində bölmə istifadəyə verilib

109

“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın Şuşa şəhəri haqqında özbək dilində xüsusi bölmə istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, bölmədə Şuşa şəhərinin tarixi, qədim abidələri, şəhərin tanınmış şəxsiyyətləri, o cümlədən xanəndələri haqqında məlumat verilir. Qeyd olunur ki, Şuşa işğal olunana qədər bu şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili olub. Bu abidələrin əksəriyyəti ermənilər tərəfindən məhv edilib.

Bildirilir ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğal olunub. Bu gün öz torpaqlarından didərgin düşən şuşalılar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar.

Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: