“WhatsApp” messencerinin düyməli telefonlar üçün versiyası əlçatan olub

122

“WhatsApp”ın tərtibatçıları eyniadlı messencerin Hindistanda populyar olan “JioPhone” şirkətinin düyməli telefonları üçün versiyasını təqdim ediblər.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, mobil messencerin qeyri-adi versiyasını “KaiOS” əməliyyat sisteminin onlayn mağazasından yükləmək olar.

Messencerin rəsmi bloqunda dərc edilmiş yazıya görə, düyməli telefonların  sahibləri “WhatsApp”ın yeni versiyasının köməyi ilə mesajlaşa, foto və video paylaşa, həmçinin səsli mesaj funksiyasından istifadə edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: