“Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal edəcək

131

Dünyaca məşhur “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal etməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avtomobil İstehsalı Sənayeçiləri Dərnəyindən məlumat yayılıb.

Bildirilir ki, “Volkswagen” mikroavtobuslarının istehsalı “Ford” şirkətinin Türkiyədəki avtomobil zavodunda həyata keçiriləcək.

Qeyd edək ki, son illər Türkiyənin avtomobil ixracatı 4 faiz artıb. Türkiyənin avtomobil şirkətləri öz məhsullarını Hindistan bazarlarına çıxarmağı əsas ixrac hədəfi müəyyən edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: