Voleybol birinciliyinə start verilib

117

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Şahbuz rayon bölməsi rayon gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı ilə birlikdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayonun şəhər və kənd icra nümayəndəliklərinin voleybol komandaları arasında keçirilən rayon birinciliyinə start verib.

Yarışda 8 komanda iki yarımqrupda mübarizə aparır. İlk oyunlarda rayon həmkarlar ittifaqı komitəsinin komandası statistika idarəsinin komandasını 3:0, təhsil şöbəsinin komandası  Kolanı kənd komandasını 3:0, polis şöbəsinin komandası Biçənək kənd komandasını 3:0, mədəniyyət şöbəsinin komandası isə Şahbuz şəhər komandasını 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Yarışlar bu ayın 25-ə kimi davam edəcək.

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: