“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb

112

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələrin yaradılması prosesi davam edir.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, ingilis dilində yaradılan növbəti məqalələrdə Azərbaycanın Milli qəhrəmanları – Canpolad Rzayev, Şahlar Hüseynov, Yevgeni Karlov, Şövqiyar Abdullayev, Yunis Əliyev, Məhəmməd Həsənov, Seymur Məmmədov, Əlabbas İsgəndərov, Hikmət Nəzərli, Sergey Senyuşkin və Yavər Əliyevin həyatı və döyüş yolu barədə ətraflı məlumat verilib.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: