“Vikipediya”da Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

130

Dünyanın ən böyük onlayn ensiklopediyası olan “Vikipediya”da Azərbaycanın ilk veb-saytı science.gov.az-ın yaranma tarixi, məqsəd və vəzifələri, həmçinin fəaliyyətinə dair məlumat yenilənib.

Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılan məqalədə bildirilir ki, science.gov.az 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı ilə fəaliyyətə başlayıb. Əsas məqsədi AMEA haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiyanın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, materialda ölkədə fəaliyyət göstərən internet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardan olan science.gov.az saytının inkişaf mərhələlərinə də nəzər salınıb. Portalın yeni versiyasının hazırlanması, dizaynı və strukturunun yenilənməsinə dair məlumatlar yer alıb. Qeyd olunub ki, bu elmi informasiya mənbəyi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Portal daim müşayiət olunur, məlumatlar yenilənir, təkmilləşdirilir və genişləndirilir. Burada dünya elmi məkanında baş verən yeniliklər də öz əksini tapır.

Məlumatda, həmçinin science.gov.az-ın işinin təşkili və portalın tədris bazası kimi fəaliyyətindən bəhs olunub. Bildirilib ki, ölkədə onlarca jurnalist, veb-dizayner və veb-proqramçıların yetişdirilməsi, veb-jurnalistika sahəsində kadr hazırlığı, o cümlədən internet-medianın praktiki əsaslarının öyrədilməsi sahəsində bu internet resursunun əvəzedilməz xidmətləri olub.

Qeyd edək ki, science.gov.az saytında yerləşdirilən mühüm məlumatlar portalın “Facebook” və “Twitter” səhifələrində də operativ işıqlandırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: