“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

70

ABŞ-ın Nyu-York şəhərində rusca nəşr olunan “Veçerni Nyu-York” qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə Heydər Əliyevin sovet dövründə Azərbaycan SSR DTK-nın sədrindən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavininədək ən yüksək vəzifələrdə işlədiyi qeyd olunur. Vurğulanır ki, Azərbaycanın Ümummilli Lideri 1980-ci illərin ortalarında Sov.İKP MK Siyasi Bürosunun üzvü olub, lakin Qorbaçovun siyasətinə etiraz əlaməti olaraq, tutduğu bütün vəzifələrdən istefa verib. 1990-cı ilin yanvarında Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək, sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdikləri qırğını kəskin şəkildə pisləyib və bu kütləvi qətliamın təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib. Məqalədə sonra qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış münaqişə ilə bağlı SSRİ rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib.

Daha sonra məqalə müəllifi yazır ki, 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edib. “O, ABŞ şirkətlərinin də daxil olduğu beynəlxalq konsorsiumla neftin hasilatı və pay bölgüsünə dair “Əsrin müqaviləsi” adlı sənədi imzalamaqla Azərbaycana böyük həcmdə Qərb sərmayəsinin cəlb olunmasını təmin edib. Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən, vətəndaşlar üçün yeni iş yerlərinin yaradılmasını təmin edən və gələcək onilliklər üçün Azərbaycan Respublikasının iqtisadi inkişafının möhkəm təməlini qoyan Bakı-Tbilisi-Ceyhan layihəsinin təşəbbüskarı və müəllifi olub. Məqalədə vurğulanır ki, bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə postsovet məkanında ən yüksək yeri tutur.

Məqalədə diqqətə çatdırılır ki, Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni, bir çox medallarla təltif olunub, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eləcə də bir çox xarici ölkələrin orden və medalları, bir sıra beynəlxalq mükafatlar, dünyanın nüfuzlu universitetlərinin fəxri doktoru və digər fəxri adlar alıb.

Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşları üçün bərabər hüquqları təmin edib. Sonda vurğulanıb ki, Sov.İKP MK Siyasi Bürosunun əksər üzvlərindən fərqli olaraq, Ulu Öndər XXI əsrdə də dünyanın siyasi gündəmində yer tutan ən mühüm siyasətçilərdən biri olub.

Məqalədə 2003-ci ilin dekabrında Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığı verən dünya liderləri – Corc Buş, Jak Şirak, Vladimir Putin, Toni Bleyer, Hu Tszintao və Rəcəb Tayyib Ərdoğanın adları sadalanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: