Vakant vəzifələrə işə qəbul üçün imtahan keçirilib

237

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində psixoloq, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanları keçirilib.

Müsabiqəyə çıxarılmış 97 vakant vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim edib. İmtahanda iştirakçılara 80 sualı cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini  düzgün cavablandırılmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.

Nəticələr komissiyanın rəsmi internet səhifəsində də  yerləşdirilib. İmtahanda iştirak edən 67 namizəddən 56-sı keçid balını toplayıb.

Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: