U-10 Liqasının iştirakçıları Bakıda “Avropa Liqası Muzeyi” ilə tanış olublar

98

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey fəaliyyətini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, AFFA-nın U-10 Liqasında çıxış edən Azərbaycan Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri muzeyi ziyarət ediblər.

AFFA tərəfindən qeyd olunan komandalar üçün əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra UEFA Avropa Liqası muzeyində sərgilənən eksponatlarla tanış olublar.

Muzeyin fəaliyyət göstərəcəyi vaxtda AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də analoji tədbirlər keçiriləcək.

Qeyd edək ki, saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: