Türkiyənin Milli Müdafiə Nazirliyi ilə ANAMA arasında minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

78

Türkiyənin Milli Müdafiə Nazirliyinin müşaviri, general-leytenant Göksal Kaya və bu ölkənin Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin polkovniki Nedim Fatih Seyha Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahına, Göygöl Regional Təlim Bazasına, eləcə də Ceyrançöl Etimad Fondu layihəsinin həyata keçirildiyi əraziyə səfər ediblər.

NUHÇIXAN xəbər verir ki, agentliyin baş qərargahında qurumun direktoru Qəzənfər Əhmədov, planlaşdırma və inkişaf şöbəsinin rəisi Pərviz Gidayev nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə nümayəndə heyətinə agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günədək xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər barədə məlumat verilib. Humanitar minatəmizləmə sahəsində gələcəkdə də ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Türkiyənin Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin heyəti üçün agentliyin Göygöl Regional Təlim Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat qurumu tərəfindən tədris edilən təlim kurslarının keçirilməsi və eyni zamanda, qardaş ölkədə agentliyin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşdə ANAMA tərəfindən Türkiyə ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına dəstək sahəsində də fikir mübadiləsi aparılıb.

Səfərin məqsədi bu ilin yay aylarında tamamlanması planlaşdırılan Ceyrançöl təmizləmə layihəsi ilə bağlı ərazidə həyata keçirilən mina və partlamamış hərbi sursat təmizlənməsi əməliyyatlarını yerində müşahidə etmək, eyni zamanda, lider ölkə məsuliyyəti çərçivəsindəki digər məsələlərin əlaqələndirməsini təmin etməkdən ibarət olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: