Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilir

464

NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində  ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Muzeydə gənclərə ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı  məlumat verilib.

Forum iştirakçıları  ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə, ulu öndərə həsr olunmuş kitablara, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  işlədiyi dövrlərdə qəbul etdiyi tarixi qərar və sərəncamlara böyük maraqla baxıblar.

                                                                         Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: