Turistlərin yerli süvenirlərə marağı artıb

179

NUHÇIXAN xəbər verir ki, cari ilin ötən 6 ayında Naxçıvan Biznes Mərkəzində sərgilənən əl işlərinin 171-i satılıb. Alıcıların əksəriyyəti xarici turistlər olub.

Burada sənətkarların əl işlərinin sərgi-satışını təşkil etməkdə məqsəd dekorativ xalq sənətkarlığı sahəsində fəaliyyət göstərənlərin ailə biznesinə dəstək göstərməkdir. Mərkəzdə 40-a yaxın sənətkarın  230-dan çox  əl işi sərgi-satışa çıxarılıb. Əl işlərinə ağac üzərində oyma, mis üzərində döymə, dekorativ sənət nümunələri, gipsdən olan fiqurlar daxildir. Naxçıvanın tarixi abidələri ilə bağlı əl işlərinə tələbat daha çoxdur.

Mərkəzdə əl işlərinin  elektron kataloqu da yaradılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: