Telman Əliyev: VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” yüksək səviyyədə keçirildi

208

Məlumdur ki, “Caspian European Club”un 2017-ci il üçün 18 parametr üzrə tərtib etdiyi investisiya reytinqinin qalibi Naxçıvan Muxtar Respublikası olub. Əminəm ki, bu ilin nəticələrinə görə də muxtar respublika investisiya reytinqinin qalibi olacaq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

“Caspian Energy Forum” dünyanın bir çox ölkələrində keçirilir. “Caspian Energy Forum Nakhchivan–2018” ilk regional forumdur, amma beynəlxalq status daşıyır. Çünki tədbirdə beynəlxalq şirkətlər də iştirak etdi”, – deyən Telman Əliyev qeyd edib ki, “Caspian European Club”un sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığının icrası məqsədilə bundan sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün müəssisələrlə sıx əməkdaşlıq edəcək, onların məhsullarını dünyada tanıdacağıq. İl ərzində mütəmadi olaraq iş adamlarından ibarət heyətlər buraya gələcək, onlar müəssisələrlə, Naxçıvanda istehsal olunan məhsullarla, xidmətlərlə tanış olacaqlar.

Naxçıvan şirkətlərinin bir neçəsinin “Caspian European Club”un üzvü olduğunu diqqətə çatdıran Telman Əliyev deyib ki, əsas məqsədlərdən biri də həmin şirkətlərə informasiya dəstəyi göstərmək, dünyanın 70 ölkəsində keçirilən sərgi və konfranslarda onların iştirakını təmin etməkdir.

“Naxçıvanda VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” yüksək səviyyədə keçirildi. Dəstəyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığımı bildirirəm. İl ərzində digər tədbirlərimiz də olacaq. Əminəm ki, bu tədbirlər öz müsbət nəticəsini verəcək”, – deyə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: