Tənqiddən sonra Kəngərli rayonunda nöqsanlar aradan qaldırılıb

491

Naxçıvan televiziyası ötən günlərdə Kəngərli rayonunun bir neçə kəndində qaz xətlərinin dayaqdan düşməsi, yol kənarlarının alaq otlarından təmizlənməməsi, su arxlarına tullantıların tökülməsi, avtomobil hissələri və digər metal parçaların ərazilərə tökülməsi və zəbt olunmuş ərazilərdə qanunsuz tikililərlə bağlı süjet təqdim etmişdi.

NUHÇIXAN xəbər verir ki, həmin süjetdən sonra  rayondakı nöqsanlar aradan qaldırılıb.

Belə ki, Naxçıvan televiziyasının əməkdaşları növbəti dəfə çəkiliş apararkən məlum olub ki, rayonun Qarabağlar və Xök kəndlərində ərazilərə atılan yararsız ehtiyat hissələri, dəmir köşklər, taxta və metal parçaları götürülərək yerində səliqə-sahman yaradılıb. Eyni zamanda çay kəhrizinin kənarı, o cümlədən  su arxları lildən və tullantılardan, həmçinin  yol kənarları alaq otlarından təmizlənərək səliqəyə salınıb.

Qarabağlar kəndində dayaqdan düşən qaz xətləri təmir olunaraq yeni dayaqlar vurulub, qanunsuz zəbt olunan bələdiyyə mülkiyyətindəki torpaqlar şəxsi mülkiyyətə keçirilib.

Sadiq Məmmədov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: