Tələbələrin mükafatlandırılma mərasimi olub

172

Naxçıvan Dövlət Universitetinin  Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetdə tələbələrin mükafatlandırılma mərasimi olub. Müxtəlif idman yarışlar, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə, universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin də qatıldığı tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edib.

Sonra yarışlarda iştirak edən tələbələrin mükafatlandırılması olub.  Azərbaycan Respublikası birinciliyində boks üzrə yarışlarda qalib olan Sərxan Əliyev mükafatlandırılıb.

Muxtar respublika birinciliyində keçirilən “18 Oktyabr-Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş yarışda Gülayə Cəfərova, “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş mağara turizmi üzrə yarışda türkiyəli tələbə Nazlıcan Çakır,  10-17 noyabr “Beynəlxalq Tələbə Həftəsi”nə həsr olunmuş stolüstü tennis üzrə yarışda qardaş ölkədən Kubulay Kumulay I yerə çıxıblar.

Naxçıvanın “Gənclər paytaxtı” seçilməsinə həsr olunmuş muxtar respublika birinciliyində peyntbol, mini futbol üzrə komandamız I, voleybol üzrə komandamız isə II yeri qazanıb.

Badminton üzrə qızlar arasında muxtar respublika çempionatında türkiyəli tələbə Nazlıcan Çakır, şahmat üzrə Pərviz Qasımov qalib olublar.

I kurs tələbələri arasında futbol, voleybol üzrə Pedaqoji, Şahmat üzrə İqtisad, stolüstü tennis üzrə Xarici tələbələrlə iş üzrə dekanlıq qalib olublar.

Ümumi yarışların nəticələrinə görə, hərəyə 6 xal olmaqla Pedaqoji və İqtisad fakültələri I yerləri bölüşüblər.

Azərbaycan Gənclər və İdman Nazirliyi “İrəli” İctimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanın intellektual birincisi layihəsinin “Axtar tap” intellektual oyununda, Gənclər və idman nazirliyinin təşkilatçılığı  ilə beynəlxalq tələbə gənclər həftəsinə həsr olunmuş bilik yarışmasında, On/ Of, Təbiətsevərlər, “Şən” hazırcavablar klubunun yarışmasında, Gənclər fondunun təşkilatçılığı ilə keçirilən İnteqrasiya İnteqrativ İntellektual birinciliyində, Ailə, Uşaq, Qadın problemləri üzrə dövlət komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə dəyərləri” ilə bağlı III yaradıcılıq müsabiqəsində,  “12 Noyabr-Konstitusiya Günü”nə həsr olunmuş universitetdaxili bilik yarışmasında, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Milli həmrəyliyimiz, milli birliyimiz” mövzusunda yazı müsabiqəsində fərqlənən tələbələr mükafatlandırılıblar.

Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: