Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir

170

Uzun illərdir ki, alimlər insan orqanizmində hüceyrələrdən 10 dəfə çox bakteriya olduğunu iddia edirdilər. Lakin son tədqiqatlar yeni faktları üzə çıxarıb.

NUHÇIXAN “BBC Focus” jurnalına istinadla xəbər verir ki, İsrail və Kanada alimlərindən ibarət tədqiqat qrupunun yeni hesablamalarına görə, insan orqanizmində hüceyrələrin sayı qədər bakteriyalar var. Onların əksəriyyəti yoğun bağırsaqdadır. Alimlər bildiriblər ki, insan nəcisinin bir qramında 90 milyard, bütün orqanizmdə isə 38 trilyona yaxın bakteriya var. Hüceyrələrin sayı isə 30 trilyondan çoxdur.

Jurnalda dərc olunmuş məqalədə bildirilir ki, alimlər mikroblardan arıqlamaq üçün istifadə yollarını da müəyyən ediblər. Belə ki, onlar probiotik bakteriyalardan alınan NAPE adlı molekulları suya əlavə etməklə siçovulların bədənindəki piylərin əridilməsinə nail olublar. Tədqiqatçıların sözlərinə görə, arıqlamanın əsas səbəbi bağırsaqlarda yerləşən bu bakteriyaların aclıq hissini yox etməsidir. Onlar əlavə ediblər ki, həmin molekulların insanlar üzərində sınaqlarına başlamaq üçün bakteriyaların genlərində digər insanlara yoluxma xüsusiyyətini aradan qaldırmaq lazımdır.

Tədqiqat qrupunun hesabatında qeyd edilib ki, bakteriyaların əksəriyyəti mikroskopla görüləcək qədər kiçikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: