Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

99

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar. Dərinin implantasiya edilmiş sahəsi süni xalı insanda xəstəlik əlamətləri yaranan zaman formalaşdırmağa başlayır.

NUHÇIXAN “Naukatv” resursuna istinadən yazır ki, süni dəri modifikasiya edilmiş hüceyrələrdən yaradılıb və xəstənin orqanizminə implantasiya olunur. Xalın formalaşması melaninin əldə edilməsı üçün lazım olan kalsium miqdarının artması ilə aktivləşir, qanda kalsium miqdarının çox olması isə bir sıra xərçəng növlərinin erkən mərhələsində baş verir. Alimlər qeyd edir ki, iri xallar minlərlə insan həyatını xilas edə biləcək xəbərdarlıq əlamətləridir.

Heyvanlar arasında aparılan uğurlu sınaqlar testin beş ildən sonra insanlar üzərində keçiriləcəyinə, on il sonra texnologiyanın geniş yayılacağına böyük ümidlər yaradır. Xərçəngin tez aşkarlanması həyati əhəmiyyət kəsb edir: erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngi olan qadınların 90 faizindən çoxu növbəti beş ildə yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: