Süni intellekt radiojurnalistin danışma qabiliyyətini bərpa edib

166

İki il əvvəl danışma qabiliyyətini itirən amerikalı jurnalist süni intellekt sayəsində onu bərpa etməyə nail olub.

NUHÇIXAN xəbər verir ki, “Cox Media Group” şirkətinin 54 yaşlı jurnalisti Ceymi Dyüpre nadir dil əzələlərinin distoniyası xəstəliyinə görə danışmaq imkanından məhrumdur. Bu nevroloji xəstəliyə tutulan insanlar dili idarə etmək qabiliyyətini itirir və normal danışmaq imkanından məhrum olurlar. Jurnalist üçün yeni səs mətnlərin nitqə çevrilməsi texnologiyalarında ixtisaslaşan Şotlandiyanın “CereProc” texnoloji şirkəti tərəfindən hazırlanıb. Şirkət mütəxəssisləri neyron şəbəkəni elə proqramlaşdırıblar ki, o C.Dyüprenin köhnə radioveriliş yazıları əsasında onun səsinə malik tam nitq generatorunu yarada bilsin.

Əvvəllər konkret insan üçün səs generatorunun yaradılmasına görə 1 ay tələb olunub.  “CereProc” bu prosesi sürətləndirib və onu ucuzlaşdırıb. Bu gün süni intellekt sistemi səsi bir neçə günə generasiya edir. Neyroşəbəkə hər söz yazısını 100 ayrı-ayrı hissəyə bölür və hər səsin fonetik fəaliyyət prinsipini mənimsəyir. Bundan sonra süni intellekt öz səslərini yaradır və insanın adi nitq prosesində səsinin necə səslənəcəyini proqnozlaşdırır.

C.Dyüpre yeni səs sayəsində iyunun 25-dən yenidən efirə çıxacaq. O, çıxışının mətnini kompüterdə çap edəcək, proqram isə dərhal onu danışıq nitqinə çevirəcək. Jurnalist bəzi sait və ya samitləri yubada, sözləri əvəzləyə və ya səsin tonunu dəyişə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: