Sıxma hərəkətləri üçün dayaqlar bədənin inkişafı üçün faydalı idman alətidir

148

Sıxma hərəkətləri üçün dayaqlar məşq zallarına getməyən, evdə və yaxud küçədəki idman meydançalarında məşğul olmağa üstünlük verən idmançıların döş qəfəsi, bel və əl əzələləri qrupunu inkişaf etdirən çox faydalı idman alətlərindən sayılır.

NUHÇIXAN tibb saytlarına istinadla xəbər verir ki, dayaqlarda məşq edərkən hərəkətlərin amplitudası artır, bununla da sıxma hərəkətlərində siz öz bədəninizi daha aşağı yatıra bilir, döş qəfəsi, bel və triseps (üçbaşlı əzələ) əzələlərini daha intensiv dartırsınız. Əlbəttə ki, trisepsi yumruqlar üstündə sıxma hərəkətlərini yerinə yetirməklə də şişirtmək olar. Lakin bununla yanaşı, amplituda nə qədər çoxdursa, o, daha çox fəaliyyətə qoşulur.

İndiki dövrdə evdən çıxmadan da alış-veriş etmək, sıxma hərəkətləri üçün dayaqlar da əldə etmək mümkündür. Lakin bu dayaqları öz əllərimizlə düzəldə biliriksə, niyə artıq pul sərf edilməlidir? Dayaq üçün dörd ədəd taxta tir və bu tirlərə bərkitmək üçün iki ədəd dairəvi kəsik lazımdır. Beləliklə, idman aləti hazırdır!

Sıxma hərəkətlərinin sayını artırmaq üçün bu məşq proqramından istifadə etmək olar: döşəmədən sıxma hərəkətini dayaqda yerinə yetirmək üçün 10 yanaşmadan istifadə etməli, əlavə olaraq, sıxma hərəkətlərinin sayı faizlə münasibətdə maksimum sayın 80 faizinə müvafiq olmalıdır. Sonradan idmançı bu sayı 90 faizədək artıra bilər.

Əgər atlet gücünü və sürətini inkişaf etdirməyi arzulayırsa, o zaman məşq prosesində minimal sürətlə bacardığı qədər aşağı enməli, yuxarıya isə əksinə çox tez qalxmalıdır. Məhz aşağı sürətlə enmənin hesabına güc inkişaf edir.

Dayağın köməyi ilə sıxma hərəkətlərini icra etməkdən ötrü əvvəlcə üfüqi vəziyyətdə bu hərəkətləri etmək, daha sonra isə dayaqda yerinə yetirmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: