“Sivasspor” komandası “Lester Siti”nin hücumçusunu transfer edib

113

Türkiyənin “Sivasspor” futbol klubu “Lester Siti” komandasının hücumçusu Fusseni Diabateni heyətinə qatıb.

NUHÇIXAN “Sivasspor”un saytına istinadla xəbər verir ki, 23 yaşlı afrikalı hücumçu cari mövsümün sonuna qədər icarə əsasında “Sivasspor”da forma geyəcək.

Cari mövsümdə F.Diabate “Lester Siti”nin heyətində dörd oyunda meydana çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: