“Samsung Galaxy Note 10” smartfonu 6,75 düymlük ekranla təchiz ediləcək

99

Çinin “Ice Universe” insayderi gələcək “Samsung” smartfonlarının ekranlarının mümkün ölçüləri barədə informasiya açıqlayaraq onların ən böyüyü 6,75 düym diaqonallı ekranla təchiz edilən “Galaxy Note 10” modelinin olacağını bildirib.

NUHÇIXAN “NEWSru” resursuna istinadən yazır ki, siyahıya “Galaxy S10” istehsal xəttinə aid bütün modellər də daxildir. İstehsalçı tərəfindən “S10 Lite” modeli 5,75, “S10” 6,11, “S10+” 6,44 düym diaqonallı ekranla təchiz olunacaq. İnsayder ən böyük – 6,66 düymlük displeylə təchiz ediləcək qabaqcıl modelin “5G” versiyasının hazırlanması ilə bağlı şayiələri bir daha təsdiq edib.

Məlumata görə, bütün “Galaxy S10” modellər sırasının kameraları “Super AMOLED” ekrana quraşdırılacaq.
“Samsung Galaxy S10” smartfonunun təqdimatı fevralda “MWC 2019” sərgisində gözlənilir. Qabaqcıl model 12 giqabaytlıq operativ və 1 terabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: