“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb

222

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, “Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya işıq üzü görüb. Monoqrafiyanın müəllifi  AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tədqiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevadır.

Nəşr ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin zəngin bədii irsinin təbliği baxımından əhəmiyyətlidir.

Bölmənin sədri, akademik İsmayıl Hacıyevin məsləhəti ilə işıq üzü görən monoqrafiyada çoxsaylı arxiv sənədləri və tədqiqatçıların fikirləri əsasında Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən Şamil Qazıyevin həyat və yaradıcılıq yolu tədqiq edilib. Nəşrdə rəssamın yaradıcılığında əsas yer tutan, Naxçıvana həsr etdiyi əsərləri ümumiləşdirilərək ilk dəfə “Köhnə Naxçıvan” silsiləsi adı ilə verib. Həmçinin kitabda Qusar mənzərələri “Qusar” silsiləsi başlığı altında oxuculara təqdim olunub.

Müəllif “Köhnə Naxçıvan” silsiləsinin etnoqrafik zənginliyini XX əsr Azərbaycan mədəniyyətinin, Naxçıvan diyarının xalq məişəti ənənələrinin tədqiqi baxımından dəyərləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: