Şahmatçımız “Australian Open-2018”də gümüş medal qazanıb

115

Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.

NUHÇIXAN xəbər verir ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.

Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: