Şahbuz rayonunda Yeni il şənliyi keçirilib

141

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı  böyük sevinc və coşqu ilə keçirilib.

Tədbirdə qeyd olunub ki, yola saldığımız 2018-cı il Şahbuz rayonu üçün də uğurlu olub. Muxtar respublikamızda bütün sahələrdə əldə edilən nailiyyətlər Şahbuzun da inkişafı üçün geniş imkanlar yaradıb, burada həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir sakin bəhrələnib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yeni yaradılan Kənd Turizm-İstirahət Bölgəsi kimi Ağbulaq kəndində genişmiqyaslı tədbirlər görülüb. Rayonda təmizləyici qurğular sistemi istifadəyə verilib.

Hazırda rayon mədəniyyət sarayının, Aviakassanın, yeni yaşayış binasının və Badamlı qəsəbəsində mineral sular zavodunun, Ağbulaq xizək mərkəzinin tikinti işləri davam etdirilir.

Bayram şənliyində təqdim edilən  mahnılar, ifa olunan rəqslər şənlik iştirakçılarında  xoş ovqat yaradıb.

Tədbirdə həmçinin sakinlərə iaşə xidməti göstərilib, ailə təsərrüfatı məhsulları təklif olunub.

                                                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: