Şagirdlər Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar

169

Muxtar respublikada 1995-ci illə müqaisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3,4 dəfə çoxalıb. Bu da qədim diyarın ümumi ərazisinin 28 faizini təşkil edir. NUHÇIXAN xəbər verir ki, bu faktlar Şahbuz Dövlət Təbiət Qoruğunda şagirdlərin iştirakı ilə “Dünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar keçirilən maarifləndirici tədbirdə qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov tədbir iştirakçılarına əlamətdar günün tarixi və qədim diyarda mövcud olan xüsusi mühafizə olunan təbiət ərazilər bardə məlumat verib. Qeyd olunub ki, ölkəmizdə 9 milli park var. İlk Milli Park 2003-cü ildə muxtar respublika ərazisində yaradılan, ərazisi 12 min 131 hektar olan akademik Həsən Əliyev adına Ordubad  Milli Parkı olub. Ölkə prezidentinin 2009-cu il 29 noyabr tarixli sərəncamı ilə bu milli parkın ərazisi daha da artırılıb və ümumi sahəsi 42 min 787 hektar olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılıb.

Şagirdlərə həmçinin Şahbuz Dövlət Təbiət Qoruğundakı fauna və flora muzeyində sərgilənən dərman bitkiləri, heyvanlar, quşlar haqqında da məlumatlar verilib.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: