Şərurlu gənc rəssamlar üçün ustad dərsi təşkil edilib

86

Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında Naxçıvan” mövzusunda ustad dərsi keçirilib.

NUHÇIXAN xəbər verir ki, dərsdən əvvəl şagirdlərə görkəmli rəssam Şamil  Qazıyevin haqqında ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası  Ali Məclis Sədrinin Sərəncamı ilə bu il rəssamın 110 illik yubileyi qədim diyarımızda geniş qeyd edilir. O da vurğulanıb ki, Şamil Qazıyev həm də Naxçıvanda teatr səhnəsində tamaşaya qoyulan 100-dən çox əsərə bədii tərtibat verib. Sənətkarın Naxçıvanda gənc rəssam kadrlarının hazırlanmasında da dəyərli xidmətləri olub.

Ustad dərsində şagirdlər Naxçıvan mövzusunda rəsmlər çəkiblər.

Röyal Kərimov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: