Şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsul

374

Zəncəfil kökü möcüzəli bitkidir. Onun faydalı xüsusiyyətləri saymaqla bitmir.

Yeni elmi araşdırmalar göstərib ki, zəncəfil kökü şəkərli diabet xəstələri üçün çox faydalıdır və onun müntəzəm istehlakı qanda şəkərin səviyyəsini 35% azalda və bu səviyyədə uzun müddət ərzində saxlaya bilər.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmçinin zəncəfil qanı durulaşdırır, qan dövranını yaxşılaşdırır, damarları xolesterindən təmizləyir.

Bütün bu faydalı xüsusiyyətlərə görə zəncəfil kökü təzyiqi aşağı salır, damarlar daha elastik və möhkəm edir, onların partlaması riskini azaldır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Mütəxəssislər şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlərə müntəzəm olaraq zəncəfil çayı içməyi tövsiyə edirlər.

Zəncəfil və bal qarışığı ürək-damar sistemi üçün ən faydalı təbii dərmandır. Qarışığı hazırlamaq üçün 1:1 miqdarda zəncəfil kökü və bal götürülür. Zəncəfil kökü təmizlənir, blenderdən keçirilir, balla qarışdırılır. Qarışığı 1 gün saxlayın və sonra gündə 2-3 dəfə 1 ç.q. olmaqla qəbul edin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: