Sədərəyin xalı-xalçaları

77

Naxçıvan xalçaçılıq məktəbinin ənənəsi bu gün də davam edir.

Naxçıvan şəhərində yaradılan xalçaçılıq  kursları və xalça istehsalı müəssisələri ilə yanaşı rayonlarımızda da  bu sahəyə maraq artıb. Sədərək rayonu ərazisində səmərəli fəaliyyəti ilə seçilən sa­hibkarlıq müəssisələrindən bir olan Xalça İstehsalı Müəssisəsi buna bir nümunədir.

NUHÇIXAN xəbər verir ki, 2006-cı ildə yaradılan müəssisə bu il əsaslı şəkildə təmir olunduqdan sonra  fəaliyyətini genişləndirib. Bu istehsal müəssisəsini yaratmaqda  məqsəd həm xalqımıza məxsus olan ənənəvi naxışları, elementləri, ornament zənginliyini və özünəməxsus rəng çalarlarını qoruyub saxlamaqla  xalça sənətini yaşatmaq, həm də qadınların məşğulluğunun təmin olunmasına töhfə verməkdir.

Hal-hazırda burada 6 nəfər qadın toxucu çalışır. Fəaliyyət göstərdiyi dövr ərzində istehsal müəssisəsi 15-ə yaxın xalça istehsal edib. Sözün əsl mənasında qadınlarımızın əl əməyi , göz nuru olan müxtəlif ölçülü xalçalar   Naxçıvan xalçaçılıq məktəbinə xas olan üsullarla toxunur. Burada toxunan xalçalar  daxili bazarda satılmaqla  yanaşı, xaricə də ixrac  imkanlarına malikdir. Öz işini sevərək həyata keçirən həvəskar qadınların toxuduğu xalçalar öz çeşniləri, naşıları və gözəlliyi ilə min il əvvəlki xalçalardan fərqlənmir. Çünki bu  xalçalarda toxuculuq sənətimizin ənənəvi naxışlarının  forma və quruluşlarına , məna çalarlarına  sadiq qalaraq  milliliyimiz  təbliğ edilir.

Sədərək Xalça İstehsalı Müəssisəsində xalça toxuma zamanı gedən prosesləri fotolarla sizə təqdim edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: