Sədərək rayonunda humanitar tibbi aksiya keçirilib

247

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya keçiriblər. Aksiya zamanı kardioloq, dəri-zöhrəvi, burun-qulaq-boğaz, terapevt, cərrah, lor, uroloq, oftalmoloq və digər ixtisaslı həkimlər Heydərabad qəsəbəsinin və ətraf kəndlərin sakinlərini tibbi müayinə ediblər.

Müayinələr zamanı aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Xəstəxanada ilk dəfə spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib.  Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb.

Aksiyada tibbi xidmətlə əhatə olunan rayon sakinləri başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq ediblər.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: