Rusiya Prezidentinin andiçmə mərasimi keçirilib

70

Moskvada Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin V.Putinin yeni prezidentlik dövrünə başladığını elan edib. Bundan sonra V.Putin prezident nişanını qəbul edib və and içib.

Böyük Kreml sarayında təşkil olunan mərasimdə 5 mindən çox insan iştirak edib. Vladimir Putin rusiyalılara müraciətlə nitq söyləyib. O, xalq və Rusiya qarşısında üzərinə düşən böyük məsuliyyəti dərk etdiyini, ölkənin tərəqqisi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, bu, Vladimir Putinin dördüncü prezidentlik dövrüdür. O, ilk dəfə Rusiya Federasiyasının başçısı vəzifəsinə 2000-ci ildə seçilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: