Rayonlarda aparılan monitorinqlər davam edir

187

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti monitorinq Culfa  rayonu ərazisində  aparılıb.   

İlk olaraq Culfa şəhər sutəmizləyici qurğular kompleksindən və təsərrüfat sularından analizlər götürülüb. Culfa şəhəri yaxınlığında yerləşən məişət  tullantıları poliqonunda aparılan yoxlamalar zamanı tullantıların vaxtı-vaxtında basdırılmadığı və dezinfeksiya  işlərinin həyata keçirilmədiyi müşahidə edilib.

Yaycı kənd məişət  tullantıları poliqonunda isə zərərsizləşdirmə və torpaqlanma tədbirlərinin aparılması kənd icra nümayəndəliyinə tövsiyə olunub.

Şəhər ətrafında, dəmir yol stansiyasasının yaxınlığında, Ərəzin kənd ərazisində və Culfa-Ordubad magistral yolunun kənarlarında, eyni zamanda Culfa düzü adlanan ərazidə yaşıllıq zolaqlarında kəskin suvarılmaya ehtiyacı olan bağlar aşkarlanıb. Bu barədə aidiyyəti qurumlara tapşırıqlar verilib və monitorinqlər zamanı həmin sahələrin suvarılması təşkil olunub.

Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: