Rayon Gənclər və idman idarələrinə yeni avadanlıqlar verilib

137

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən rayonlarda gənclərlə işi genişləndirmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, onları intellectual oyunlara cəlb etmək məqsədi ilə muxtar respublikanın rayon Gənclər və idman idarələrinə intellectual oyunları keçirmək üçün avadanlıqlar təqdim edilib.

Təqdimetmə mərasimlərində vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Bu il ərzində də muxtar respublikamızda fəaliyyət göstərən idman obyektlərinin idman infrastrukturu yenilənib, maddi-texniki bazası gücləndirilib. Hazırda muxtar respublikamızda dünya standartlarına cavab verən Olimpiya-İdman kompleksləri, idman zalları, idman məktəbləri fəaliyyət göstərir. Bir sözlə, Naxçıvan güclü idman infrastrukturu yaratmağın modelini özündə formalaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: