Qubada itkin düşmüş üç alpinistin cəsədləri tapılıb

200

Ötən il dekabrın 27-də Quba rayonunun dağlıq ərazisində itkin düşmüş alpinistlərin cəsədləri tapılıb.

NUHÇIXAN xəbər verir ki, alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hazıradək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19:00 radələrində isə daha bir kişi və bir qadın cəsədi tapılıb.

Hazırda axtarış-təmizləmə işləri davam etdirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: