Qonşu ölkədə donuz qripi həyəcanı

103

Batumidə “donuz qripi” adı ilə tanınan A qrip virusundan (H1N1) ölüm halı qeydə alınıb.

Bu haqda NUHÇIXAN Gürcüstan informasiya vasitələrinə istinad edərək xəbər verir.

Batumi Respublika Xəstəxanasından bildiriblər ki, dekabrın 17-də 53 yaşlı qadın kəskin nəfəs çatızmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ölüm səbəbinin A qrip virusu (H1N1) olduğu məlum olub.

Acariya Səhiyyə Mərkəzindən bildiriblər ki, hazırda bölgədə “donuz qripi” virusuna üç yoluxma halı laborator təsdiqini tapıb.

Bu arada, Gürcüstan səhiyyə naziri David Sergeyenko mətbuata bildirib ki, son zamanlar bu xəstəliyə tutulma halları artıb, lakin epidemiya təhlükəsi yoxdur.

“Bugünkü günə 100 min nəfər əhaliyə 221 qrip halı müşahidə olunur. Bu, o deməkdir ki, qripə yoluxma halları artıb, lakin bunun epidemiya halı alması üçün 100 min nəfərə 450 yoluxma halı qeydə alınmalıdır. Xoşbəxtlikdən biz hələlik bu rəqəmə yaxınlaşmamışıq”, – deyə nazir bildirib.

Ötən həftə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mətbuata bu mövsümdə Gürcüstanda qeydə alınan yoluxma hallarının əksəriyyətinin H1N1 qripinə aid olduğu bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: