“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

114

Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, il üzrə “Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb.

“Ən yaxşı dramatik film aktrisası” nominasiyası üzrə “The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close qalib olub.

Alfonso Kuaron “Roma” filmi üzərində gördüyü işə görə “Ən yaxşı rejissor”, “Yaşıl kitab” filmi “Ən yaxşı film komediya, yaxud muzikl” nominasiyasında “Qızıl qlobus” mükafatı qazanıb.

Kristian Beyl “Ən yaxşı komediya aktyoru” nominasiyasında “Hakimiyyət” filminə görə qalib olub.

“Qızıl qlobus” mükafatına namizədlər sırasında “A Star Is Born”, “Black Panter”, “Beale Street konuşabilseydi” və “Kara klanovets” filmləri də yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: