Qazaxıstanda “KazBuild-2019” sərgisi açılacaq

123

Bu il sentyabrın 4–6-da Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiyanın qabaqcıl tikinti və interyer sərgisi olan “KazBuild-2019” keçiriləcək.

NUHÇIXAN Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadla xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvət olunurlar. Sərgi öz brendlərini və məhsullarını təqdim edə bilmək və müvafiq sahədə əlaqə qurmaq üçün bazarda fəaliyyət göstərən alıcılara birbaşa çıxış imkanı yaradır.

Eyni zamanda, sərgiyə qatılacaq sahibkarlar öz məhsul və ya xidmətlərini yüksək səviyyəli auditoriyaya təqdim edə biləcək, müvafiq sahədə fəaliyyət göstərənlərdən məhsul və sənayeyə dair məlumatlar alacaq, topdan və pərakəndə satış, distribüter və müvafiq sahə üzrə mütəxəssislər ilə birbaşa təmas quracaq, görüşmələr və razılaşmalar əldə etmək məqsədilə alıcılar ilə B2B görüşlərdə iştirak edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: