Qazax gəncin qətlində şübhəli bilinən erməni Rusiyada yaxalanıb

85

Karaqanda şəhərindəki “Qədim Roma” restoranında 23 yaşlı qazax gəncin bir qrup erməni tərəfindən qətlə yetirilməsi üzrə cinayət işində şübhəli qismində axtarışa verilmiş Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada yaxalanıb.

NUHÇIXAN Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yaradılmış istintaq-əməliyyat qrupu cinayətkarı Rusiyanın Omsk şəhərində yaxalayıb. DİN-in məlumatında deyilir: Nazirliyin kriminal polis əməkdaşları tərəfindən Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində keçirilən əməliyyat nəticəsində yanvarın 1-də Karaqanda şəhərində xuliqanlıq və qətl törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı N.Qururyan saxlanılıb”.

Hazırda qanunvericiliyə uyğun olaraq cinayətkarın Qazaxıstana ekstradisiyası məsələsi həll olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: