Qazançı kəndində mərasim evi tikilib

406

Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin rahatlığının təmin olunması vacib amil kimi götürülür. Mərasim evlərinin tikilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

NUHÇIXAN xəbər verir ki, noyabrın 30-da Qazançıda mərasim evi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, əvvəllər kənddə yas mərasimlərinin keçirilməsində müəyyən çətinliklər yaranırdı. Lakin hər cür şəraitlə təmin olunmuş mərasim evi bu problemi də həll edib. Kişi və qadın salonlarından, eləcə də mətbəxdən ibarət olan mərasim evi zəruri məişət əşyaları və fərdi istilik sistemi ilə təmin olunub.

***

Qazançı kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Belə ki, kənddaxili avtomobil yolları yenidən qurulub, 5300 metr yola asfalt örtük salınıb, 8900 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib, 94 su keçidi qoyulub, 2266 metrlik beton kanal çəkilib. Kənddə 980 metr yeni fiberoptik kabel, 790 metr yeraltı kabel, 2750 metr hava rabitə xətləri çəkilib, 650 metr yüksəkgərginlikli elektrik xətti həyətyanı sahələrdən çıxarılaraq təhlükəsiz əraziyə köçürülüb. 2228 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, 300 metr yeni içməli su xətti çəkilib və bulaq tikilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: