Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub

70

Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasından NUHÇIXAN-a bildirilib ki, son oyun günündə “Azərsu” “İdman Akademiyası”na 45:24, “Qarabağ” isə “Gənclər Birliyi”nə 37:23 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, turun mərkəzi qarşılaşmasında Mingəçevirin “Nur” komandası “Azəryol”u 27:24 hesabı ilə məğlub edib.

Beləliklə, bu nəticələrdən sonra aktivində 31 xal olan “Azərsu” həndbolçuları çempionluğu bayram ediblər. Liderdən 3 xal geri qalan “Azəryol” çempionatın gümüş medallarına sahib olub. “Nur” 27 xalla yarışı üçüncü pillədə bitirib. Dördüncü yerin sahibi “Qarabağ” mövsüm ərzində 25 xal toplaya bilib. Autsayderlər “Gənclər Birliyi” və “İdman Akademiyası” isə hərəyə cəmi 4 xalla beşinci-altıncı pillələrdə qərarlaşıblar.

Kişi həndbolçular arasında final oyunları aprelin 29-da keçiriləcək. İlk olaraq üçüncü-dördüncü yer uğrunda “Təhsil” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri qarşılaşacaqlar. Ölkə çempionatının qızıl medalları uğrunda isə “Məhsul” və “Bakı” həndbolçuları üz-üzə gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: