PSJ klubu Anxel Di Mariya ilə yeni müqavilə imzalayıb

176

Fransanın PSJ klubu futbolçu Anxel Di Mariya ilə yeni müqavilə bağlayıb.

NUHÇIXAN xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il PSJ klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

“Çox sevinirəm ki, klub ilə müqaviləni uzada bildim. Mən karyeramın üç gözəl illərini məhz bu klubda keçirmişəm. Burada mənim gözəl futbol göstərmək üçün hər cür şəraitim var. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə Anxel Di Mariya bildirib.

Qeyd edək, hücuma meyilli argentinalı yarımmüdafiəçi PSJ klubunda 150 dəfə meydana start heyətdə çıxıb, 57 dəfə fərqlənib. A.Di Mariyanın hesabında 58 məhsuldar ötürmə var. O, PSJ heyətində üç dəfə Fransa liqasını və Fransa kubokunu, həmçinin iki dəfə Fransa Super kubokunu qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: