Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışında iştirak edib

345

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışı olub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyev idman-sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: