Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

110

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:

“Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Çin əlaqələri qədim tarixə və xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsinə mühüm təsir göstərir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: