Peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb

116

Nazirlər Kabineti “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişiklik edib.

NUHÇIXAN xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, texniki peşə təhsili müəssisələrində ibtidai hərbi hazırlıq (İHH) fənni üzrə dərs saatları azaldılıb.

Qərara görə, ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində İHH fənninin tədrisinə 140 saat vaxt ayrılacaq. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda İHH fənninin tədrisinə aşağıdakı miqdarda dərs saatları ayrılacaq:

– təhsil müddəti 1 il olan ilk peşə təhsili alanlara – 40 saat;

– təhsil müddəti 2 il olan texniki peşə təhsili alanlara – 80 saat;

– təhsil müddəti 3 il olan texniki peşə təhsili alanlara – 124 saat;

– təhsil müddəti 4 il olan yüksək texniki peşə təhsili alanlara – 140 saat.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: